Ronaldo “Mançester Yunayted”də  qalacaq
04 may 2022 05:49 (UTC +04:00)

Ronaldo “Mançester Yunayted”də qalacaq

Kriştiano Ronaldo “Mançester Yunayted”də qalacaq.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb.

Almaniyalı mütəxəssis bildirib ki, portuqaliyalı hücumçu Mançester karyerasına davam edəcək: “O, niyə komanda ilə vidalaşmalıdır ki? Onun hələ bir illik müqaviləsi var. Bildiyim qədər növbəti mövsümdə də “Mançester Yunayted”də olacaq”.

Qeyd edək ki, ötən yay Premyer Liqa klubuna qayıdan Ronaldo 38 oyunda 24 qol vurub.

# 1467
avatar

Oxşar yazılar