Ronaldo karyerasını bitirəndən sonra nədən məhrum olacaq?
20 sentyabr 2024 16:26 (UTC +04:00)

Ronaldo karyerasını bitirəndən sonra nədən məhrum olacaq?

“Əl-Nəsr” klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurandan sonra nələri buraxacağını açıqlayıb.

Lent.az xəbər verir ki, Ronaldo bu barədə YouTube kanalında yayımlanan videoda bildirib:

“Düşünürəm ki, qol vurandan sonra adrenalin üçün darıxacağam”.

Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə beş oyunda iştirak edib. Dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar