Reynders   "Mançester Siti"yə, De Bruyne  "Napoli"yə keçdi
11 iyun 2025 13:42 (UTC +04:00)

Reynders "Mançester Siti"yə, De Bruyne "Napoli"yə keçdi

Yarımmüdafiəçi Teyani Reynders İtaliyanın "Milan" klubundan İngiltərənin "Mançester Siti" klubuna keçib.

Lent.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin rəsmi saytı məlumat yayıb.

"Mançester Siti" Teyani Reynders ilə 5 illik müqavilə imzaladığını elan etməkdən məmnundur. 26 yaşlı hollandiyalı futbolçu son iki mövsümü keçirdiyi "Milan"dan transfer olunub.

Həmçinin "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Kevin De Bruyne "Napoli"yə keçib. Məlumata görə, İtaliya klubu ilə müqavilə tam razılaşdırılıb və bağlanıb.

De Bruyne tezliklə tibbi müayinədən keçəcək və İtaliya klubuna keçidi ilə bağlı rəsmiləşdirmələri “bağlayacaq”. Tərəflər arasında müqavilə iki il müddətinə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar