“Real”dan və futboldan birdəfəlik  getmək istəyir
29 sentyabr 2022 16:54 (UTC +04:00)

“Real”dan və futboldan birdəfəlik getmək istəyir

Toni Kroos bu mövsümün sonunda peşəkar karyerasını bitirə bilər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, almaniyalı yarımmüdafiəçinin arzusu karyerasının zirvəsində getmək və yerini onun mövqeyinə iddialı olan gənc “Real”ın yarımmüdafiəçilərinə açmaqdır.

Eyni zamanda, Madrid klubu 32 yaşlı futbolçunun bu mövsümün sonunda gedəcəyi ehtimalından xəbərdardır. Üstəlik, futbolçu təkcə Madridi tərk etməyi deyil, həm də futbolçu karyerasını tamamilə bitirməyi planlaşdırır.

Qeyd edək ki, Kroosun İspaniya çempionu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Beləliklə, bu, almaniyalı üçün peşəkar futbolçu karyerasında sonuncu ola bilər.

Xatırladaq ki, 32 yaşlı yarımmüdafiəçi bu mövsüm "Real"ın heyətində 8 oyun keçirib və 2 məhsuldar ötürmə edib. O, 2014-cü ildən komandadadır. Bu müddət ərzində o, 3 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 3 dəfə İspaniya Superkubokunu, 4 dəfə UEFA Superkubokunu və eyni sayda klublararası dünya çempionatının kubokunu qazanıb.


 

# 1896
avatar

Oxşar yazılar