“Real” onun üçün  80 milyon   təklif etməyə hazırdır
25 may 2022 15:41 (UTC +04:00)

“Real” onun üçün 80 milyon təklif etməyə hazırdır

0

İspaniya çempionu "Real” "Monako"nun 22 yaşlı yarımmüdafiəçisi və Fransa millisinin heyətində dünya çempionu olan Orelen Tçuameni üçün 80 milyon avro təklif etməyə hazırdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Kral klubu” futbolçuya 5 illik müqavilə də təklif etmək niyyətindədir.

Tçuameni Fransanın "Bordo" klubunun yetirməsidir. 2020-ci ildə "Monako" onu 18 milyon avroya alıb.

Başa çatan mövsümdə Tçuameni "Monako"nun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2171

Oxşar yazılar