“Real” Modriçə əvəzləyici tapdı
28 iyun 2022 17:16 (UTC +04:00)

“Real” Modriçə əvəzləyici tapdı

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real" Luka Modriçi əvəz edə biləcək “Borussia” Dortmund və İngiltərə millisinin yarımmüdafiəçisi, 18 yaşlı Jude Bellinqhemin xidmətlərində maraqlıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı xorvatiyalı yarımmüdafiəçinin "Kral klubu" ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna kimi hesablanıb.

Jude Bellinqhem

“Real” Bellinqhem üçün 90 milyon avro ödəməyə hazırdır. İngiltərə Premyer Liqasının aparıcı klubları ingilis futbolçu üçün 100 milyon avro təklif etməyə hazırdır. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına kimi qüvvədədir.


 

# 1944
avatar

Oxşar yazılar