Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi və 2000-ci ildə “Qızıl top” mükafatçısı Luíş Figu təqaüdə çıxdıqdan sonra futbola necə baxdığını və yayımlar zamanı nə yediyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun dediyinə görə, yayda futbola baxanda, adətən sərinləşdirici içkilər – pivə, şampan içir. Qışda isə qırmızı şəraba üstünlük verir.
“Nə yeyirəm? Pendir və kürü”, - 48 yaşlı Fiqu deyib.
Xatırladaq ki, Fiqu karyerası boyunca Lissabonun “Sportinq”, “Barselona”, “Real” və Milanın “İnter” klublarının şərəfini qoruyub.
Dörrd dəfə İspaniya və İtaliya çempionu olub, Çempionlar liqasında qalib gəlib. 2004-cü ildə Portuqaliya millisi ilə vitse-çempiondur.