Qətərdən dünya çempionatında   ANTİREKORD
29 noyabr 2022 23:04 (UTC +04:00)

Qətərdən dünya çempionatında ANTİREKORD

Dünya çempionatının keçirildiyi Qətər milli komandası mundialda iştirakını başa vurub.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, Asiya təmsilçisinin çıxışı fiasko ilə yadda qalıb.

Feliks Sançesin yetirmələri dünya çempionatının qrup mərhələsində hər 3 oyunda məğlub olan ilk meydan sahibi komandası kimi tarixə düşüb.

 Qətər yığması müvafiq olaraq Ekvador (0:2), Seneqal (1:3) və Niderlanda (0:2) uduzub.

# 2538
avatar

Oxşar yazılar