“Qarabağ”dan son 8 mövsümün  REKORDU
13 may 2022 13:34 (UTC +04:00)

“Qarabağ”dan son 8 mövsümün REKORDU

“Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la matçda gerçəkləşib.

5:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri bunadək keçirilən 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.

Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.

# 1062
avatar

Oxşar yazılar