“Qarabağ” bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Lent.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Şelburn”u qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.
Oyun təmsilçimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
“Qarabağ” ilk oyunda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib.