PSJ-nin heyəti gələn mövsüm  daha yaxşı   olacaq - Luis Enrike
01 mart 2024 18:57 (UTC +04:00)

PSJ-nin heyəti gələn mövsüm daha yaxşı olacaq - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike növbəti mövsümlə bağlı gözləntilərini bölüşüb. 

Lent.az bildirir ki, bu barədə RMC Sport xəbər verir.

Parislilər gələn mövsümə bu mövsümün sonunda klubdan ayrılacağını rəsmən elan edən ulduz hücumçu Kilian Mbappesiz başlayacaq. Bu fonda PSJ-nin baş məşqçisindən klubun Mbappeni əvəzləmək üçün Parisə keçə biləcəyi "Milan"ın hücumçusu Rafael Leau ilə maraqlanması ilə bağlı sual verilib.

“Rafael Leau? Bu müğənnidir? Sadəcə zarafat edirəm, kim olduğunu çox yaxşı bilirəm. Amma klubumuzda olmayan futbolçu haqda danışa bilmərəm. Onu deyə bilərəm ki, hər şey plana uyğun getsə, əminəm ki, növbəti mövsüm heyətimiz qat-qat yaxşı olacaq. Mən buna əminəm. Müdafiədə, hücumda, fiziki, həm də texniki-taktiki baxımdan. Biz daha yaxşı olacağıq. Şübhəsiz ki," Enrike cavab verib.

Luis Enrike PSJ-nin sükanı arxasında ilk mövsümünü keçirir. Onun rəhbərliyi altında parislilər Liqa 1-in turnir cədvəlinə inamla başçılıq edir, həmçinin Fransa kuboku və Çempionlar Liqasında qələbə uğrunda mübarizəni davam etdirir.

# 2607
avatar

Oxşar yazılar