"Portu" baş məşqçisi Serxio Konseysao ilə yollarını ayırmağa hazırlaşır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Portuqaliya Liqasında istədiyi mövsümü keçirə bilməyən və liqanı 3-cü pillədə başa vuran "Porto" ani ayrılığa hazırlaşır.
Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, "Porto" baş məşqçisi Serxio Konseysao ilə yollarını ayırmağa hazırlaşır.
Xəbərin təfərrüatları ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi bildirilib.
2017-ci ildə “Portu”nun baş məşqçisi təyin olunan Serxio Konseysao 377 rəsmi oyunda 272 qələbə qazanıb, 50 heç-heçə edib və 55 dəfə uduzub, eyni zamanda hər oyunda orta hesabla 2,30 xal toplayıb.
Bundan başqa, 49 yaşlı portuqaliyalı çalışdırıcı 7 mövsümdə 3 dəfə Portuqaliya Liqasının, 4 dəfə Portuqaliya Kubokunun, 1 dəfə Portuqaliya Liqa Kubokunun və 3 dəfə Portuqaliya Superkubokunun qalibi olub.