Parisdə idmançılara çiy kabab, qurdlu balıq verilir  - yeməkdən imtina etdilər
08 avqust 2024 17:49 (UTC +04:00)

Parisdə idmançılara çiy kabab, qurdlu balıq verilir - yeməkdən imtina etdilər

Olimpiya Oyunları zamanı Böyük Britaniya idmançıları Olimpiya kəndindən 15 dəqiqəlik məsafədə yerləşən öz şəxsi yeməkxanalarında yemək yeyirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Böyük Britaniyanın qadın otüstü xokkey komandasının üzvü Gisel Ansli bildirib:

“Yeməklərin dəhşətli olduğunu deməliyəm. Kabablardan bişməmiş, çiy hinduşka əti verilirdi. Təhlükəlidir. Onların yeməkləri tükənmək üzrədir və idmançıların yeməyə heç nələri olmayacaq”.

Bundan əvvəl üzgüçü Adam Piti, qaçışçı Kili Hodkinson, güllə atıcısı Skot Linkoln və Britaniya nümayəndə heyətinin digər nümayəndələri Olimpiya kəndində qidaların keyfiyyətsiz olmasından danışıblar. Piti bəzi idmançıların balıqlarında qurd tapdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar