"Borussiya" və Almaniya millisindəki çıxışları ilə tanınan yarımmüdafiəçi Marko Roys karyerasını ABŞ-da davam etdirə bilər.
Lent.az bildirir ki, "The Athletic"in xəbərinə görə, oyunçunun “Los-Anceles Qelaksi” ilə danışıqları irəliləyiş mərhələsindədir.
Qeyd olunur ki, Roysa Səudiyyə Ərəbistanı və Avropadan da təkliflər var. Gələcəyi ilə bağlı qərarını sonra verəcək.
35 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Borussiya"da çıxış edir.
Bu mövsüm o, 42 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə verib.