"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14 may 2024 11:37 (UTC +04:00)

"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD

İtaliya A Seriyası təmsilçilərindən "Milan" Marselo Qalyardonu baş məşqçi təyin etmək imkanlarını araşdırır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, "rossonerilər" mövsümün sonunda Stefano Pioli ilə yollarını ayırmağı planlaşdırır.

Komandanın başında duran vəzifəyə əsas namizədlər Serxio Konseysao və Paulo Fonseka hesab edilsə də, hər iki mütəxəssislə danışıqlarda irəliləyiş olmayıb.

Tezliklə "Əl-İttihad"dan ayrılacaq Marselo Qalyardo "Milan" üçün yeni namizəddir. Argentinalı ilə əlaqə artıq qurulub.

Qalyardonun təyinatı ilə bağlı ən ciddi problem onun maaşı ola bilər. O, Səudiyyə Ərəbistanında hər mövsümə təxminən 22 milyon avro maaş alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Oxşar yazılar