Messi “Barselona”ya  qayıtmamasının səbəbini   AÇIQLADI
08 iyun 2023 12:05 (UTC +04:00)

Messi “Barselona”ya qayıtmamasının səbəbini AÇIQLADI

Argentinalı hücumçu Lionel Messi "Barselona"ya qayıtmaqdan imtina etməsini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçu həqiqətən qayıtmaq istədiyini, lakin çətinliklərdən və qeyri-müəyyənliklərdən qorxduğunu bildirib. O, özünün və ailəsinin ehtiyaclarını nəzərə alaraq, təkbaşına qərar vermək istədiyini vurğulayıb: "Mən eşitdim ki, "Barselona" oyunçularını satmalı və ya maaşını azaltmalı idi və açığını desəm, bu vəziyyətdə orada olmaq istəmədim".

İyunun 7-də Messi ABŞ-ın "İnter Mayami" klubuna keçdiyini açıqlayıb. 

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub.
 

# 7701
avatar

Oxşar yazılar