Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz "Instagram" hesabında Həsrət Cəfərovun Olimpiya Oyunlarında bürünc medala layiq görülməsi ilə bağlı paylaşım edib.
Lent az xəbər verir ki, həmin paylaşımda deyilir: “Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”
Həmin paylaşımı sizə təqdim edirik: