"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Misir təmsilçisi artıq öz xidmətlərini Kataloniya klubunun rəhbərliyinə təklif edib. Mənbə bildirir ki, o, Kataloniya klubuna keçərsə, İspaniya nəhənginin La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün hücumçunun maaşı ciddi şəkildə az olacaq.
O da bildirilir ki, “Barselona” misirlini transfer etməkdən çəkinmir, çünki onun təcrübəsi və futbol keyfiyyəti klubu özünə cəlb edir. Ancaq kataloniyalıların çətinlikləri ucbatından maaşı azaldacağı təqdirdə danışıqlar çətinləşə bilər.
Bu mövsüm Salah bütün yarışlarda 39 oyunda iştirak edib, 30 qol vurub, 22 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.