“Marsel”in “Qarabağ” önündə şansları açıqlandı
13 fevral 2022 10:08 (UTC +04:00)

“Marsel”in “Qarabağ” önündə şansları açıqlandı

“Marsel”in Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fransa klublarının avrokubokdakı təmsilçilərinin şanslarını dəyərləndirən yerli mətbuat ən çox üstünlüyü məhz “Marsel”ə verib.

Yerli KİV-in fikrincə, Liqa1 təmsilçisi Azərbaycan klubunu keçməyə borcludur: “Püşkatma “Marsel” üçün ağır olmadı. Xorxe Sampaolinin yetirmələrinin “Qarabağ”a qalib gəlmək şansı 70 faizdir. Təbii ki, rəqib Avropa arenasına öyrəşib. Ancaq digər tərəfdən, çempionatları zəif olduğundan, qarşılarına əsl rəqib çıxmır. “Qarabağ” bu mövsüm çempionatda cəmi bir dəfə, Konfrans Liqasında isə yalnız “Bazel”lə (0:3) görüşdə məğlub olub”.

Fransızlar “Qarabağ”ı ciddi rəqib saymasa da, uzun səfərin onlara çətinlik yarada biləcəyindən ehtiyatlanır: “Yeganə çətinlik səfərlə bağlıdır. İlk oyunda yaxşı nəticə olmasa, “Marsel” Azərbaycan liderinin tələsinin ona yaxınlaşdığını görəcək. Bir sözlə, “Marsel”in bu rəqibi məğlub edəcək silahları var. Avropa Liqasındakı səhvləri təkrarlamamaq üçün diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2794

Oxşar yazılar

Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55
Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

23 may 2025 , 12:15
İtaliyanın 3 klubu  "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

23 may 2025 , 10:23
Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56