Mançester derbisində 9 qol -  Üç oyunçu 8 qol vurdu
02 oktyabr 2022 19:17 (UTC +04:00)

Mançester derbisində 9 qol - Üç oyunçu 8 qol vurdu

Oktyabrın 2-də İngiltərə Premyer Liqasının 9-cu turunun oyununda “Mançester Siti” “Mançester Yunayted”lə qarşılaşıb. 

Lent.az xəbər verir ki, meydan sahibləri ilk dəqiqələrdən qol vurmağa başlayıb. Səkkizinci dəqiqədə Fil Foden Bernard Silvanın ötürməsindən sonra hesabı açıb. 34-cü dəqiqədə Kevin De Breyn Erlinq Holanda ötürmə verib. Üç dəqiqə sonra Holand oyunda ikinci dəfə fərqlənib. 

56-cı dəqiqədə Antoni hesab arasındakı fərqi azaldıb. 64-cü dəqiqədə Holand üçüncü qolunu vurub. 73-cü dəqiqədə Foden hesabı 6:1-ə çatdırıb. 

Bundan sonra “Mançester Yunayted”in heyətində iki dəfə Antoni Marsyal - 83 və 90-cı dəqiqələrdə (ikinci qolu 11 metrlik cərimə zərbəsindən vurub) fərqlənib.

Nəticədə meydan sahibləri 6:3 hesabı ilə qalib gəlib.

# 2391
avatar

Oxşar yazılar