Luis Enrike  millidən getdi
08 dekabr 2022 15:51 (UTC +04:00)

Luis Enrike millidən getdi

İspaniya millisinin mətbuat xidməti millinin baş məşqçisi Luis Enrikenin istefa verdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis 2019-cu ildən millinin baş məşqçisi idi.

Xatırladaq ki, ispanlar Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeş yığmasına uduzaraq 1/4 finala yüksələ bilməyiblər.
 

# 1578
avatar

Oxşar yazılar