Konfrans Liqasına bir vəsiqəyə iki iddiaçı
21 may 2022 13:56 (UTC +04:00)

Konfrans Liqasına bir vəsiqəyə iki iddiaçı

Bu gün İtaliya A seriyasında XXXVIII turun daha 4 oyunu keçiriləcək.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, sonuncu turun bu görüşlərindən ikisi avrokuboklar baxımından həlledici olacaq.

Konfrans Liqasına vəsiqə verən 7-ci yer uğrunda mübarizə aparan “Atalanta” və “Fiorentina” qiyabi duelə çıxacaq. Berqamo təmsilçisi heç bir iddiası olmayan ortabab “Empoli”ni qəbul edəcəksə, florensiyalılar adlı-sanlı “Yuventus”u sınağa çəkəcək. Şəxsi oyunlardakı üstünlüyə görə öndə qərarlaşan “bənövşəyilər” mövqeyini qorumaq üçün büdrəməməlidir. “Atalanta” isə əsas rəqibin xal itkisinə ümid edir.

“Verona”nı qəbul edəcək “Latsio” 5-ci pilləni əzəli rəqibi “Roma”dan almaq üçün xal əldə etməlidir. Həm veronallılar, həm də tutun digər görüşündə üz-üzə gələcək “Cenoa” ilə “Bolonya” üçün finiş formal xarakter daşıyır.

⚽19:15. “Cenoa” – “Bolonya”
⚽22:45. “Atalanta” – “Empoli”
⚽22:45. “Fiorentina” – “Yuventus”
⚽ 22:45. “Latsio” – “Verona”

# 1629
avatar

Oxşar yazılar