Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim olunan “Qızıl buts” mükafatının sahibi olub.
Lent.az xəbər verir ki, Mbappe bu mükafata İspaniya La Liqasında vurduğu 31 qolla (62 xal) layiq görülüb.
Qeyd edək ki, “Qızıl buts” mükafatı UEFA-ya üzv olan ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunur.