Keçmiş prezident dünya çempionu olan qapıçının ayağını  öpmək istəyib
28 mart 2023 16:10 (UTC +04:00)

Keçmiş prezident dünya çempionu olan qapıçının ayağını öpmək istəyib

Argentinanın keçmiş prezidenti Emiliano Martinesin ayağından öpmək istədiyini bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Maurisio Makri “The Best” mükafatının təqdimetmə mərasimində Argentina və “Aston Villa”nın qapıçısı ilə görüşüb.

“Sadəcə təsadüf idi, bu teatrın üç-dörd girişi var idi. Nasser Al-Helaifi ilə danışdım və Emiliano birinci gəldi. Salam verdim, tanımırdım, amma ayağını öpməsini xahiş etdim... Dəf etdiyi zərbədən sonra onu necə öpməmək olar?” - Makri bildirib.

Həmin tədbirdə siyasətçi Lionel Messi ilə də  görüşüb.

“Mən onu Rusiyada keçirilən dünya çempionatından sonra görməmişəm. Gördüm ki, rahatdır, şaddır, çiyinlərindən bir yük qalxmışdı. Mən ona düşündüyüm hər şeyi söylədim. Onun liderliyi Argentinanın gələcəyi üçün nə deməkdir”, - Makri əlavə edib.

# 1248
avatar

Oxşar yazılar