ÇSKA Moskva keçmiş baş məşqçisi Vladimir Fedotov klubu mübahisələrin həlli palatasında məhkəməyə verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun kommunikasiyalar üzrə direktoru Kirill Breido açıqlamasında deyib:
“Bəli, Vladimir Valentinoviçin nümayəndələri Mübahisələrin Həlli Palatasına müqavilənin sonuna qədər bütün məbləğin ödənilməsi tələbi ilə müraciət ediblər.
Vladimir Valentinoviçin tərəfinin kompensasiya ilə bağlı sualları var idi. Tərəflərin razılığı əsasında baş məşqçi ilə müqaviləyə xitam verildiyi halda, turnir cədvəlində müxtəlif yerlər nəzərə alınmaqla, təzminatın məbləği dəqiqləşdirilir.
Məsələn, hər hansı bir tərəfin təşəbbüsü ilə xitam birinci yerdən sonra gəlirsə, onda əmək haqqı məbləğinin 100%-i müqavilənin sonuna qədər ödənilir və s. Beşinci yerə qədər hər bir yer üçün proporsional olaraq azaldılmış kompensasiya nəzərdə tutulub. Ondan aşağı üçün isə təzminat olmayıb.
Bununla belə, yaxşı münasibətlər saxlamaq istəyən klub yenə də görüşmək və mübahisəni “məhkəmə öncəsi” rejimdə həll etmək cəhdləri etdi. Təəssüf ki, iclas heç vaxt baş tutmadı və indi məsələni Palata həll edəcək. Xoşagəlməz vəziyyətdir, lakin hüquqi sahə nöqteyi-nəzərindən mübahisələri həll etmək üçün palatada bitirmək tamamilə məntiqlidir”.
Xatırladaq ki, ötən mövsüm başa çatdıqdan sonra ÇSKA Fedotovu qovub.