Jezus “Arsenal”a keçdi
04 iyul 2022 14:45 (UTC +04:00)

Jezus “Arsenal”a keçdi

Uzun müddətdir danışılanlar nəhayət baş tutdu. "Mançester Siti"nin hücumçusu Qabriel Jezus "Arsenal"a keçib. 

Lent.az bildirir ki, bu barədə London klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Eyni zamanda, "topçular" müqavilənin bütün detallarını açıqlamayıb, yalnız 25 yaşlı futbolçunun 2027-ci ilin yayına kimi hesablanmış uzunmüddətli müqavilə imzaladığını bildirib. Transfer məbləği 45 milyon funt-sterlinq olub.

“Arsenal”da braziliyalı 9 nömrə ilə meydana çıxacaq.

Xatırladaq ki, Jezus 2017-ci ilin yanvarından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 236 oyun keçirib, 95 qol vurub və 46 məhsuldar ötürmə edib.

# 663
avatar

Oxşar yazılar