"İnter Mayami"nin “Monterrey”yə məğlub olmasından sonra meksikalı azarkeşlər biabırçı davranışlar nümayiş etdiriblər. Azarkeşlər Lionel Messiyə hörmətsizlik ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, KONKAKAF Çempionlar Kuboku “İnter Mayami” üçün deyil. Xerardo Martinonun komandası Meksikanın “Monterrey” klubu ilə iki oyunluq seriyada iki məğlubiyyətlə üzləşib. Onlar evdə 1:2, daha sonra səfərdə 1:3 hesabı ilə uduzublar.
Messi ikinci oyunda meydana çıxıb. Lakin hətta dünya çempionu da Amerika komandasının qələbəsinə kömək edə bilməyib. Bu, meksikalı azarkeşləri daha da sevindirib.
Yarımfinala çıxandan sonra azarkeşlər qələbəni argentinalı ulduza qarşı təhqiramiz şəkildə qeyd ediblər. Onlar üzərində Messinin adı olan köynəkdə ehtiraslı musiqi sədaları altında rəqs etməyə başlayıblar.
Görünür, Messinin ilk oyundakı davranışı azarkeşlərin xoşuna gəlməyib. Daha sonra futbolçu rəqibin heyəti ilə şiddətli mübahisə edib.
KONKAKAF Çempionlar Kubokunun yarımfinalında meksikalılar digər MLS təmsilçisi – “Kolumbus Kryu” ilə qarşılaşacaqlar. Digər cütlükdə isə finala çıxmaq üçün “Paçuka” komandası və “Amerika” klubu qarşılaşacaq.