İlin ən yaxşı baş məşqçisi seçildi
02 iyun 2023 09:49 (UTC +04:00)

İlin ən yaxşı baş məşqçisi seçildi

“Napoli”nin baş məşqçisi Luçano Spaletti A Seriyasında 2022/23 mövsümünün ən yaxşı meneceri seçilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə A Seriyasının rəsmi saytında məlumat paylaşılıb. Məlumatda liqanın baş direktor Luici De Ciervo bildirib ki, Luçano Spalettinin “Napoli”dəki mövsümü qeyri-adi olub:

“Neapolluların Maradona rəhbərliyi altında ikinci qələbədən 33 il sonra tarixi üçüncü Skudettonu əldə etməsi klubun böyük fədakarlığının və böyük xarizmaya malik, yeni gələnləri ən yaxşı şəkildə birləşdirə və oyunçuları gücləndirə bilən yaxşı təlim keçmiş mütəxəssisin əməyinin nəticəsidir.

Azzurrilər həqiqətən ilk günlərdən təkcə nəticə ilə deyil, həm də beynəlxalq səviyyədə futbolun ən yüksək səviyyələrindən birini nümayiş etdirən möhtəşəm oyunla özlərini tanıtmağı bacardılar”.

Mükafat məşqçiyə iyunun 4-də İtaliya çempionatının 38-ci turunun “Napoli”nin “Sampdoriya” ilə qarşılaşacağı matçdan əvvəl təqdim olunacaq.

Bu mövsüm “Napoli” 1990-cı ildən sonra ilk dəfə İtaliya çempionu olub. Skudetto komandanın tarixində üçüncü olub.

# 1236
avatar

Oxşar yazılar