İbrahimoviç "Milan"la müqaviləsini uzatmaq üçün buna razıdır
07 iyun 2022 18:03 (UTC +04:00)

İbrahimoviç "Milan"la müqaviləsini uzatmaq üçün buna razıdır

Zlatan İbrahimoviç "Milan"la yeni müqavilə üçün maaşını azaltmağa hazırdır. 

Lent.az bildirir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, 40 yaşlı futbolçu karyerasını bitirmək niyyətində deyil və "rossoneri"nin düşərgəsində çıxışını davam etdirmək istəyir.

İbrahimoviç yaxın günlərdə İtaliya çempionunun liderləri ilə danışıqlar aparmağı və gələcəyini müzakirə etməyi planlaşdırıb.

Eyni zamanda, isveçli komandada qalmağı o qədər istəyir ki, müqaviləni yeniləyərkən məvacibində ciddi endirim etməyə hazırdır.

# 1494
avatar

Oxşar yazılar