Arien Robben
08 noyabr 2021 14:32 (UTC +04:00)

Arien Robben

Hollandiya millisinin əfsanəsi futbolla vidalaşdı

37 yaşlı Arien Robben Hollandiya çempionatının 12-ci turunun "Qroninqen" - "Valveyk" oyununda azarkeşlərlə emosional şəkildə vidalaşıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əfsanəvi hollandiyalı ikinci dəfə futboldan getdiyini açıqlayıb.

Lakin o, 20 il əvvəl peşəkar futbol karyerasına başladığı “Qroninqen” formasını geyinərək 2020-ci ildə gözlənilmədən meydana qayıdıb.

Qeyd edək ki, müxtəlif zədələr onun ötən mövsüm qayıtdıqdan sonra “Qroninqen”də 7-dən çox oyun keçirməsinə mane olub.

Karyerasında “Qroninqen”lə yanaşı, “PSV”, “Çelsi”, “Real” “Bavariya” kimi klublarda da çıxış edən Robben Hollandiya millisində dünya çempionatının finalı da daxil olmaqla 96 oyun keçirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3858
avatar

Oxşar yazılar