Müstəntiqlər şahmatçı Harri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər.
Lent.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Qeyd edək ki, şahmatçı Rusiyada xarici agent kimi tanınıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.
Martın 6-da şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.