Gənc futbolçuların transferi ilə bağlı  YENİLİK
27 mart 2021 14:12 (UTC +04:00)

Gənc futbolçuların transferi ilə bağlı YENİLİK

Gənc futbolçuların transferi ilə bağlı yaş limiti dəyişdirilir.

Apasport.az saytının məlumatına görə, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Rojerio Kabolko açıqlayıb.

O, A və B seriyası klubları ilə görüşündə bildirib ki, FİFA oyunçuların Avropa klublarına satışı və keçidi üçün yaş limitini 16-ya endirəcək. Hazırkı qaydalara əsasən 18 yaşadək oyunçular istisna hallarda azad agent və ya icarə yolu ilə ölkə xaricinə transfer oluna bilər.

Karolko FİFA-nın yeniliyinin tezliklə qüvvəyə minəcəyini, lakin konfederasiyanın buna qarşı mübarizə aparacağını da qeyd edib. Çünki belə addım Braziliya klublarına ciddi maliyyə zərbəsi vuracaq. Avropa klubları cənubi amerikalı istedadları daha gənc, yəni nisbətən ucuz qiymətə heyətinə qatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar