Eran Zahavi həyat yoldaşı ilə
11 may 2021 12:54 (UTC +04:00)

Eran Zahavi həyat yoldaşı ilə

Futbolçunun evinə girən soyğunçular ailəsinə DƏHŞƏT yaşatdılar

Niderlandın PSV klubunun yarımmüdafiəçisi Eran Zahavi xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, israilli futbolçu klubun bazasında olarkən evi qarət olunub.

Soyğunçular 34 yaşlı hücumameyilli oyunçunun evinə girərək, həyat yoldaşı ilə uşaqlarının əllərini və ağzını bağlayıblar. Bundan sonra qiymətli əşyaları və pulları götürərək yoxa çıxıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu yaxınlarda “Benfika”nın müdafiəçisi Yan Vertongenin də ailəsi soyğunçular tərəfindən hədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar