Peru kubokunda futbolçulardan biri oyun zamanı tualetə gedib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kantorsilyo və Atletiko Avajun komandaları arasında keçirilən oyunun 72-ci dəqiqəsində Atletico Avajun oyunçusu Sebastian Munoz fasilə zamanı künc bayrağının yanında tualetə gedib. Cantorsillo komandasının oyunçularından biri bu hadisəni baş hakimin diqqətinə çatdırıb.
Hakim dərhal Munoza birbaşa qırmızı vərəqə göstərib.