Futbol klubu yaşayan futbolçuya yas tutdu  - Üzr istədilər
18 mart 2025 20:37 (UTC +04:00)

Futbol klubu yaşayan futbolçuya yas tutdu - Üzr istədilər

Bolqarıstanın “Arda” futbol klubu səhvən canlı futbolçu Petko Qançevin xatirəsinə bir dəqiqəlik sükutla yad edib.

Lent.az xəbər verir ki, komandanın Facebook səhifəsində bu barədə üzrxahlıq edilib:

"Arda rəhbərliyi keçmiş komanda oyunçusu Petko Qançev və yaxınlarından onun ölümü ilə bağlı yanlış məlumat almasından sonra dərin üzr istəyir" deyən komanda 78 yaşlı keçmiş idmançıya cansağlığı və uğurlar arzulayıb.

Hadisə martın 16-da Bolqarıstan çempionatının 25-ci turunun "Levski" ilə ev oyunundan əvvəl baş verib. Sosial şəbəkələrdəki müraciət heç-heçə (1:1) başa çatan görüşün sonuna qədər üzə çıxıb.

“Arda”nın 41 xalı var və Bolqarıstan çempionatının turnir cədvəlində 5-ci yerdədir. “Levski” 52 xalla ikinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324

Oxşar yazılar