Finişdə FORMAL  oyunlar
20 may 2022 12:44 (UTC +04:00)

Finişdə FORMAL oyunlar

Bu gün İspaniya La Liqasında mövsümün sonuncu – XXXVIII turu start götürəcək.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, üç gün davam edəcək turun ilk günündə formal xarakterli qarşılaşmalar baş tutacaq.

Ölkə çempionu adını öncədən təmin edən “Real” kubokun sahibi “Betis”i sınağa çəkəcək. Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanan komandalar üçün qarşılaşmanın heç bir ciddi əhəmiyyəti qalmayıb. Sevilya klubu 5-ci yeri qorumağa çalışacaq.

La Liqanı tərk edən “Levante” son matçında “Rayo Valyekano”nun qonağı olacaq. Hər iki komanda üçün matç sadəcə olaraq mövqe baxımından maraqlı ola bilər. Meydan sahibləri 12-ci, “Levante” isə 19-cu sıranı itirərək son pilləyə düşməmək niyyətindədir.

⚽  23:00. “Rayo Valyekano” – “Levante”
⚽  23:00. “Real” – “Betis”

# 1158
avatar

Oxşar yazılar