FIFA klublararası dünya çempionatı ilə əlaqədar gələn mövsüm üçüncü transfer pəncərəsini açacaq.
Lent.azın xarici mediaya istinadən xəbərinə görə, FİFA gələn mövsüm klublararası dünya çempionatı ilə əlaqədar üçüncü transfer pəncərəsini açacaq.
Bütün dünyada yay transfer pəncərəsi iyulun 1-də başlayacaq. İyunun 14-dən iyulun 14-dək keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edən komandaların problem yaşamalarını istəməyən FİFA hərəkətə keçib.
FİFA turnirdə mübarizə aparan komandaların heyətlərini gücləndirə bilməsi üçün üçüncü transfer dövrünün açılmasına qərar verib.
Komandalar 14 iyun - 14 iyul tarixləri arasında keçiriləcək turnirdən əvvəl iyunun 1-10-u arasında transfer edə biləcəklər.
Digər xəbərə görə, Klublararası Dünya Çempionatı zamanı oyunçuların iki fərqli komandada çıxışına icazə verilməyəcək.
Turnir komandalarının olduğu çantalar aşağıdakı kimi sıralanıb:
1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Flamenqo”, “Palmeyras”, “Fluminense” (Braziliya), “River Pleyt” (Argentina)
2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya” Dortmund (Almaniya), “İnter”, “Yuventus” (İtaliya), “Porto2, “Benfika2 (Portuqaliya), “Atletiko”Madrid (İspaniya), “Salzburq” (Avstriya)
3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Ulsan” (Cənubi Koreya), “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Monterrey”, “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya)
4-cü səbət: “Urava Red Diamonds” (Yaponiya), “Əl Ain” (Birləşmiş Ərəb Əmirlikləri), “Esperance” (Tunis), “Mamelodi Sandaunz” (Cənubi Afrika), “Paçuka” (Meksika), “Seattle Saunders”, “İnter Mayami” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya)
2025 FIFA Klublararası Dünya Çempionatı dörd nəfərdən ibarət 8 qrupa bölünən komandalarla oynanılacaq. Hər qrup vahid oyun formatında mübarizə aparacaq və qrupda ilk iki yeri tutan komanda növbəti mərhələyə adlayacaq. Finalçıları müəyyən etmək üçün növbəti turlar birdəfəlik seçmə formatında keçiriləcək.