"Fənərbağça"nın keçmiş prezidenti Əziz Yıldırımın "Qalatasaray"ın baş məşqçisi Okan Burukla fotosu ilə bağlı Yıldırımın ictimaiyyətlə əlaqələr üzrə müşaviri açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müşavir bu günlərdə sosial şəbəkələrdə yayılan həmin foto ilə bağlı deyib:
"Əziz Yıldırımın Okan Burukla fotosu təxminən 3 həftə öncə çəkilib. Prezident qızı Yazla alış-veriş edərkən Okan Burukla rastlaşıblar, Okan Buruk ayağa qalxıb, salamlaşıblar. Sonra alış-verişə davam ediblər, vəssalam".