Enrike Qətərdədir, bu komandanın rəhbərliyi ilə  danışıqlar aparır
01 iyun 2023 19:10 (UTC +04:00)

Enrike Qətərdədir, bu komandanın rəhbərliyi ilə danışıqlar aparır

İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike PSJ ilə müqavilə imzalamağa yaxındır.

Lent.az bildirir ki, daha əvvəl mətbuatda mütəxəssisin “Napoli”yə rəhbərlik edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

“PSG Community”nin məlumatına görə, Enrike Qətərdədir və PSJ rəhbərliyi ilə işlə bağlı əlaqə saxlayır. Tərəflər arasında ilkin razılıq əldə olunub.

Qeyd olunur ki, ispaniyalı daha bir mövsüm uzadılma ehtimalı ilə iki illik müqavilə imzalayacaq. Enrikenin maaşı illik 10 milyon avro olacaq. Mütəxəssis PSJ-nin baş məşqçi postuna bütün namizədlərdən yeganə şəxsdir ki, hücumçular Lionel Messi və Neymarın gedişinə qarşı çıxmayıb.

Əlavə edək ki, Enrike İspaniya millisinin baş məşqçi postunu tərk etdikdən sonra 2022-ci ilin dekabrından işsizdir.

# 1296
avatar

Oxşar yazılar