Ən məşhur futbol azarkeşi İvana Knoll sevimli Xorvatiya millisinə dəstək olmaq üçün Almaniyaya gəlib.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, o, təkcə tribunalarda komandanı alqışlamaqla kifayətlənməyəcək, həm də fan zonalarında DJ kimi çıxış edəcək.
2022-ci il Dünya çempionatında Knoll bizi həmişə parlaq və yaddaqalan görüntülərlə sevindirib. Xorvatiya millisinin hər oyunu üçün yeni geyim seçib. Maraqlıdır, o, bu dəfə nə hazırlayıb?