Əfsanəvi qapıçı paylaşımını sildi, üzr istədi-YENİLƏNİB
09 oktyabr 2022 19:34 (UTC +04:00)

Əfsanəvi qapıçı paylaşımını sildi, üzr istədi-YENİLƏNİB

Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas sosial şəbəkədə homoseksual olması barədə paylaşımını silib.

Lent.az-ın xəbərinə görə, daha sonra İker Kasilyas  sosial şəbəkə akkauntunun sındırıldığını, homoseksual olması barədə sözləri hakerkərin yazdığını bildirib.

O, hazırda hər şeyin qaydasında olduğunu vurğulayıb: “Hər kəsdən, xüsusən homoseksuallardan üzr istəyirəm”.

***

saat 19.05

Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas sosial şəbəkədə oriyentasiyası ilə bağlı paylaşımını silib.

Lent.az-ın xəbərinə görə, İker Kasilyas homoseksual olması barədə paylaşımını 1 saat sonra silib.

***

saat 18.26

Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı sosial şəbəkədə oriyentasiyası ilə bağlı çıxış edib.

Lent.az-ın xəbərinə görə, İker Kasilyas homoseksual olduğunu yazıb.

O, bu etirafına görə hörmətlə qarşılanacağına ümid etdiyini bildirib.

İnsanların bir qismi İker Kasilyasın sosial şəbəkə hesabının sındırıldığını ehtimal edib.

“Barselona”-nın sabiq kapitanı və İspaniya yığmasının sabiq müdafiəçisi Karles Pyuol isə İker Kasilyasın homoseksual olması barədə bəyanatına münasibət bildirib: “Artıq bizim barədə danışmaq vaxtıdır, İker”.

Daha sonra isə “ürək və opüş” göndərib.

Qeyd edək ki İker Kasilyas 12 il ispan aparıcı Saroy Karbonero ilə evli olub, 2 oğulları var. Cütdük 2021-ci ildə boşanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Oxşar yazılar