Döyüş təxirə salındı:  Əfsanəvi Maykın səhhətində problemlər var
02 iyun 2024 19:52 (UTC +04:00)

Döyüş təxirə salındı: Əfsanəvi Maykın səhhətində problemlər var

Döyüşün yeni tarixi gələn həftə açıqlanacaq.

Taysonun bir neçə gün əvvəl səhhətində müəyyən problemlər yarandığı üçün Ceyk Pol və əfsanəvi Mayk arasında keçiriləcək boks görüşü təxirə salınıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xəbəri "Most Valuable Promotions" promosyon şirkəti də təsdiqləyib, Pol da "ürəyi qırıldığını", lakin hələ də sağlam olanda Taysonla döyüşməyə sadiq qaldığını “Twitter”də yazıb.

“New York Post”un müxbirləri Ryan Qlasspieqel və Mett Ehaltın sözlırinə görə, 57 yaşlı Taysonun Mayamidən Los-Ancelesə uçarkən ürək bulanması və başgicəllənməsinə səbəb olan xora ilə bağlı problemlər olub.

"Bu müddət ərzində göstərdikləri dəstəyə və anlayışa görə bütün dünyada olan pərəstişkarlarıma təşəkkür etmək istəyirəm. Təəssüf  ki, xoramın pisləşməsi ilə əlaqədar həkimim mənə dincəlmək və sağalmaq üçün məşqlərimi bir neçə həftəlik dayandırmağı tövsiyə etdi", - Tayson deyib.

Döyüş iyulun 20-də AT&T stadionunda baş tutmalı, yeni döyüş tarixi isı iyunun 7-də açıqlanacaq.

57 yaşlı Tayson keçmiş dünya çempionudur. 1985-ci ildən 2005-ci ilə qədər peşəkar karyerasında 50 qələbə və 6 məğlubiyyəti vardı və 2020-ci ildə həmkarı Roy Cons ilə döyüşü səkkiz raunddan sonra heç-heçə elan edildikdə rinqə qayıdıb.

27 yaşlı Pol youtuber kimi məşhurlaşıb və 2020-ci ildən peşəkar boks döyüşlərində iştirak edir. On görüşdə doqquz qələbə qazanıb və yeganə məğlubiyyəti Tommi Fyuriyə olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar