Londonun "Çelsi" klubu bu yay hücumçularından birini satmaq niyyətindədir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kristofer Nkunkunun taleyi ilə bağlı qərar verilib və mövsümlərarası fasilədə satışa çıxarılacaq.
Kristofer də paytaxt klubundan ayrılmaqda maraqlıdır. Qışda futbolçu ilə "Bavariya" maraqlansa da, transfer məsələsində razılığa gəlmək mümkün olmayıb.