“Çelsi”də  səbrim tükənmişdi   – Hakim Ziyeş
01 dekabr 2023 19:41 (UTC +04:00)

“Çelsi”də səbrim tükənmişdi – Hakim Ziyeş

"Qalatasaray"ın ulduzu Hakim Ziyeş "Voetbal International"a diqqət çəkən açıqlamalar verib.

Lent.az xarici mediaya istinadən onun açıqlamalarını təqdim edir.

"Qalatasarayda xoşbəxtliyi yenidən tapdım. Yenidən çiçək açdığımı hiss edirəm. Əvvəlki kimi özüm ola bilirəm. Yenidən inkişaf etdiyimi hiss edirəm".

“Ayaks” etirafı

“Ayaks” keçən mövsüm məni geri qaytarmağa çalışdı, lakin sonra onlar icarəyə götürmək məsələsinə qayıtdılar. Sonra hər şey dayandı. “Ayaks”a kömək etmək istərdim, geri qayıtmağı çox istərdim. Bununla belə, onlar məni yalnız icarə ilə qaytarmaq istəyirdilər. O baxımdan, mənim üçün bu transfer artıq reallaşa bilməzdi”.

“Kef almağa başladım”

"Qalatasaray"da futbol oynamaqdan əylənirəm. Yenidən futboldan həzz almağa başladım".

“Səbrim tükənişdi”

“Çelsi”də üç heyət formalaşdırmaq üçün kifayət qədər yaxşı oyunçular var idi. Nə vaxtsa səbrim tükəndi. Keçən il Mərakeşlə möhtəşəm dünya çempionatı oynadım, əla formada idim. Dünya çempionatından sonra "Çelsi"yə qayıtdım və oynamağa icazə vermədilər. “Mənə bir az da səbr et” dedilər. Amma bir dəfə səbrim tükəndi...”

Mərakeş əsilli futbolçu deyib ki, “Qalatasaray”da özünü yenidən keçmiş Ziyeş kimi hiss edir.

"Qalatasaray"ın heyətində 10 oyuna çıxan mərakeşli ulduz 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5379
avatar

Oxşar yazılar