Bu gün “Everton”un  baş məşqçisi   təyin ediləcək
27 yanvar 2023 15:43 (UTC +04:00)

Bu gün “Everton”un baş məşqçisi təyin ediləcək

"Everton" 51 yaşlı mütəxəssisi bu gün baş məşqçi təyin edəcək. 

Lent.az bildirir ki, “Sky Sports”un xəbərinə görə, Frenk Lempardın qovulmasından sonra şirniyyatçılar Marselo Belsa ilə də danışıqlar aparırdılar.

"Everton"un sahibi Fərhad Moşiri komandanın üstünlük verdiyi variant kimi Belsanı təyin etməyi düşünürdü, lakin idarə heyəti Dayçenin komandanın baş məşqçisi olacağına qərar verib.

Dayç on mövsüm “Bernli”də çalışıb və 2022-ci ilin aprelində klubu tərk edib. 2016-cı ildə Çempionşipi qazanaraq komandanı Premyer Liqaya çıxarıb.

"Everton" bu mövsüm Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

# 1746
avatar

Oxşar yazılar