Bir saat PENALTİ  vurdular
24 oktyabr 2021 22:12 (UTC +04:00)

Bir saat PENALTİ vurdular

İngiltərənin Uest-Midlends qraflığında keçirilən JW Hunt Cup turnirinin oyununda yerli aşağı səviyyəli divizionun “Old Vulfrenians” və “Leyn Hed” komandaları təxminən bir saat ərzində 11 metrlik zərbə vurublar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, oyunçular 44 zərbə vurublar. Bu müddət ərzində “Old Vulfrenians”ın rəhbərlərindən biri çipsi üçün mağazaya gedib və geri qayıdanda seriya hələ də davam edib.

Oyunun əsas vaxtı 3:3 başa çatıb. Nəticədə “Old Vulfrenians” “Leyd Hed”ə onbirmetrlik zərbələr sayəsində 19:18 hesabı ilə qalib gəlib və İngiltərə rekordunu yeniləyiblər. Bundan əvvəl 34 onbirmetrlik zərbə qeydə alınıb. 2016-cı ildə keçirilən həmin oyunda “Çelsi”nin gəncləri “Oksford”a qalib gəlib. 

Dünya rekordunun yenilənməsinə isə 4 onbirmetrlik zərbə çatmayıb. 2004/2005-ci il mövsümündə Namibiya Kubokunda “KK Peles” və “Siviks” klubları arasında oyunda qeydə alınan 48 onbirmetrlik zərbə keçilməz olaraq qalır.

JW Hunt Kuboku 1926-cı ildən keçirilir. Bundan əldə edilən bütün gəlir Secli şəhərindəki Korlar və Gözdən Əlillər üçün Beacon Centerə bağışlanır.

Bu ildən etibarən yarışma ilk dəfə olaraq İngiltərə kuboku turnirləri sisteminə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6238

Oxşar yazılar

“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55
Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

23 may 2025 , 12:15
İtaliyanın 3 klubu  "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

23 may 2025 , 10:23
Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56
Ançelottinin oğlu  da baş məşqçi olur

Ançelottinin oğlu da baş məşqçi olur

22 may 2025 , 15:42