Bir futbolkaya 9 milyon dollar -FOTO
04 may 2022 21:37 (UTC +04:00)

 Bir futbolkaya 9 milyon dollar -FOTO

Maradonanın məşhur futbolkası rekord qiymətə satılıb

Məşhur futbolçu Dyeqo Maradonanın 1986-cı ildə dünya çempionatında geydiyi futbolka Sotheby's hərrac evində satışa çıxarılıb.

Lent.az-ın “France-24” telekanalına istinadla xəbərinə görə, geyim 9,3 milyon dollara satılıb. Bu, idman geyimlərinin hərracı tarixində rekorddur.

2019-cu ildə 1920-ci illərə aid beysbol geyimi 5,5 milyon dollara satılmışdı.

Qeyd edək ki, 1986-cı ildəki çempionandakı mübahisəli qolu vurarkən oyunçu topun “Allahın əli” ilə vurulduğunu demişdi. 
 

# 1644
avatar

Oxşar yazılar