“Bavariya” və “Bayer”in mərkəz müdafiəçisi Conatan Ta yay transfer pəncərəsində mümkün keçidlə bağlı şifahi razılığa gəlib.
Lent.az-ın məlumatına görə, bu barədə “Sky” müxbiri Florian Plettenberq sosial mediada bildirib.
Tərəflər şəxsi müqavilənin ən vacib şərtlərini razılaşdırıblar, lakin sövdələşmə hələ yekunlaşmaqdan çox uzaqdır. “Bavariya”nın “Bayer”lə əlaqə saxlamadığı, 28 yaşlı futbolçunun xidmətində daha bir neçə klubun maraqlı olduğu qeyd edilir.
Tanın “Bayer” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçunun özü komandadan ayrılmaqda qərarlıdır, leverkuzenlilər isə müdafiəçini saxlamaq ümidini itirməyib.