Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Lent.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul edib.
Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb - 1:0. Cavab matçında qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.
“Bavariya” Münhendə “Seltik”i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.
"Brügge" səfərdə "Atalanta"dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.
"Benfika" isə "Monako" səddini adlayıb. İlk oyunda minimalhesablı qələbəyə sevinən portuqaliyalılar cavab görüşündə 3:3 hesablı heç-heçəyə nail olub. Komandanın heyətində Kerem Aktürkoğlu və Orkun Kökçü də fərqlənib.