“Barselona”nın yetirməsi “Real”dan imtina etdi
05 iyul 2022 00:24 (UTC +04:00)

“Barselona”nın yetirməsi “Real”dan imtina etdi

“Real” PSV-nin yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlı olub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, “kral klubu” bu yay 19 yaşlı orta sahə oyunçusunu İspaniyaya qaytarmağa cəhd edib.

Lakin “Barselona”nın yetirməsi olan Simons bundan imtina edib. Niderlandın U-19 yığmasının üzvü madridlilərdə müntəzəm oynayacağına əmin olmadığı üçün keçidə razılıq verməyib.

Qeyd edək ki, Xavi Simons bu yay PSJ-dən ayrılaraq azad agent kimi keçdiyi PSV ilə 5 illik müqavilə imzalayıb.
 

# 1674
avatar

Oxşar yazılar